Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

ABŞ-DA İNFLYASİYANIN ARTACAĞI PROQNOZLAŞDIRILIR

ABŞ-DA İNFLYASİYANIN ARTACAĞI PROQNOZLAŞDIRILIR
FED-in yeni üzvünün fikirlərinə əsasən, sonuncu fundamental göstəricilər inflyasiyanın cari il ərzində yenidən artacağınə göstərir.
ABŞ-da inflyasiyanın artacağı proqnozlaşdırılır Amerika Mərkəzi Bankının (FED) üzvü Randal Kuarls ABŞ-da inflyasiyanın yenidən artacağını gözləyir.
Cümə axşamı Tokyoda çıxışı zamanı, o, cari zəif inflyasiyanın il ərzində yenidən güclənəcəyini bildirib.
Sonuncu açıqlanan fundamental göstəricilər inflyasiyanın FED-in iki faizlik hədəfinə çatacağını göstərir.
Amerikada yanvar ayında inflyasiya 2.1%, baza indeksi isə 1.8% olub.
FED-in xüsusilə istinad etdiyi şəxsi istehlak xərcləri indeksi dekabr ayında 1.7% olmuşdur. Kuarls özü də çıxışı zamanı sonuncu göstəriciyə istinad edib.
Orta saatlıq əmək haqları da yanvar ayında gözləntilərdən çox artıb.
Eyni zamanda, FED-in monetar siyasətini müəyyən komitənin (ingt.: "FOMC") səs hüququ olan üzvü ABŞ-da real faizlərin də artığını əlavə edib. Qeyd etmək lazımdır ki, Randal Kuarlsin keçən ilin payızında Trampın təklifi ilə "FOMC"-yə üzvlüyü təsdiqlənib.