Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Astorinin ölümünə görə İtaliya çempionatının bütün oyunları təxirə salınıb

4-03-2018, 17:37 Baxış: 304
Astorinin ölümünə görə İtaliya çempionatının bütün oyunları təxirə salınıb
İtaliya A Seriyasının 27-ci turunun bu gün keçirilməli olan 7 matçının hamısı "Fiorentina"nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.
Bu barədə "Football Italia" nəşr məlumat yayıb.
Otuz bir yaşlı futbolçunun meyiti bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında aşkar edilib.
O, yuxudan ayılmayıb. Oyunçunun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir. Bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi ilə yanaşı "Cenoa" — "Kalyari", "Udineze" — "Fiorentina", "Torino" — "Krotone", "Benevento" — "Verona", "Atalanta" — "Sampdoriya" və "Kyevo" — "Sassuolo" matçlarının keçirilməsi planlaşdırılırdı.