Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Federal kansler postuna Merkelin namizədliyi rəsmən irəli sürülüb

5-03-2018, 16:32 Baxış: 171
Federal kansler postuna Merkelin namizədliyi rəsmən irəli sürülüb
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer rəsmi prosedur çərçivəsində Angela Merkelin federal kansler postuna namizədliyini irəli sürüb.
TASS informasiya agentliyi xəbər verir ki, bunu martın 5-də dövlət başçısının dəftərxanasından bildiriblər.
"Prezident Almaniya konstitusiyasının 63-cü paraqrafına uyğun olaraq Bundestaqa müraciətində Angela Merkelin federal kansler seçilməsini təklif edib.
Onun nə vaxt seçilməsinə Bundestaq qərar verəcək”, - deyə məlumatda qeyd olunur.
Bu addım formal xarakter daşıyır.
Bir qədər əvvəl üç partiya – mühafizəkar Xristian-demokratik və Xristian-sosialist ittifaqları, həmçinin Almaniya sosial-demokratik partiyası (ASDP) hökumətin formalaşdırılması barədə koalisiya sazişini razılaşdırıb. Xatırladaq ki, Bundestaqa seçkilər ötən il sentyabrın 24-də keçirilsə də, yeni hökumətin formalaşdırılmasına yaşıl işıq yalnız bu ərəfədə yandırılıb.
ASDP üzvlərinin əksəriyyəti mühafizəkarlarla koalisiya sazişini dəstəkləyib.
Almaniyanın siyasi gələcəyi məhz sosial-demokratların bu qərarından asılı idi.