Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Adada tapılan 54 kəsilmiş insan əlinin sirri ortaya çıxdı

11-03-2018, 14:21 Baxış: 425
Adada tapılan 54 kəsilmiş insan əlinin sirri ortaya çıxdı
Bir müddət öncə rusiyalı balıqçılar Sibirdə, Rusiya-Çin sərhəddinin yaxınlığında yerləşən Amur River adasında içində kəsilmiş insan əlləri olan çanta tapıblar.
Xarici mətbuat xəbər verir ki, Xabarovsk polisinin apardığı araşdırmalar zamanı əllərin 27 insana aid olduğu məlum olub.
Araşdırma komitəsi tapılan əllərin haradan gəlməsi ilə bağlı iddia irəli sürüb.
Lakin bu iddia həqiqəti tam olaraq əks etdirmir.
Belə ki, iddiaya görə 54 əl hansısa ədliyyə laboratoriyası və ya xəstəxanasından götürülmüş və yanlışlıqla bu adaya düşmüş ola bilər.
Çantadan həmçinin bir neçə bint və qaloş da çıxıb.