Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Britaniyada referendumdur - “Brexit”

22-06-2016, 23:34 Baxış: 476

Britaniyada referendumdur - “Brexit”

İyunun 23-də Böyük Britaniyada Avropa Birliyində qalıb-qalmamaq məsələsinə dair referendum keçirilir.

Qurumda qalmaq tərəfdarı olan Baş nazir David Kameron iyunun 22-də xəbərdarlıq edib ki, Britaniya AB-dən çıxmağa səs verərsə, geriyə dönüş olmayacaq.

"Brexit” adlandırılan bu məsələ ölkəyə böyük problem yaradacaq"- Kameron deyib.

AB-dən çıxmaq tərəfdarı olan, Londonun keçmiş meri Boris Conson isə seçiciləri "ölkəyə inanmağa” çağırıb: "Bu məsələni ayırd etməyə və nəzarəti ələ almağa son şansımız yaranıb”.

***

Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçib. Bu rəqəm Britaniya üçün rekord sayılır.

Səsvermə bülleteninə iki sual daxil edilib: Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?

Nəticə adi səs çoxluğu ilə müəyyənləşəcək. Bu suallardan birinə 50 faiz üstəgəl bir səsin verilməsi Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsini həll edəcək.

Britaniya və Əməkdaşlıq ölkələrinin Birləşmiş Krallığın ərazisində qanuni yaşayan vətəndaşlar, eləcə də 15 ildən artıq Britaniyanın seçki siyahısında olub, xaircdə yaşayan krallıq vətəndaşları səsvermədə iştirak edə bilər. İrlandiya, Kiprin yunan hissəsi və Malta vətəndaşları istisna olmaqla Avropa İttifaqına üzv başqa dövlətlərin vətəndaşları səsvermədə iştirak edə bilməz.