Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

ALMANİYADA ZAVODDA PARTLAYIŞ BAŞ VERİB, YARALILAR VAR

16-03-2018, 21:25 Baxış: 191
ALMANİYADA ZAVODDA PARTLAYIŞ BAŞ VERİB, YARALILAR VAR
Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib.
"RİA Novosti" xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır.
İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.
Müəssisənin ətrafındakı ərazi mühasirəyə alınıb. "Sueddeutsche Zeitung" qəzetinin verdiyi xəbərə görə, zavodda ən azı bir partlayış baş verib.
Onun ardından isə yanğın başlayıb.
Partlayışların təkrarlanmasından ehtiyatlanan xilasdicilər hələlik binaya daxil ola bilmirlər. Zavodun işçiləri iş yerlərini tərk edə biliblər.
Yaxınlıqda yerləşən uşaq bağçası da təxliyyə edilib.