Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Mark Qazaxıstan Jurnalistlər Birliyinin mükafatına layiq görülüb

23-06-2016, 17:13 Baxış: 644
Mark Qazaxıstan Jurnalistlər Birliyinin mükafatına layiq görülüb

"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq "Internet layihəsi" nominasiyasında Qazaxıstan Jurnalistlər Birliyinin (QJB) mükafatına layiq görülüb.

Təşkilat qeyd edib ki, Zukerberg "müxtəlif ölkələrin istifadəçilərini vahid platformada birləşdirən" sosial şəbəkə yaratmağa nail olub.

Zukerbergin özü Qazaxıstanın jurnalist mükafatına layiq görülməsinə hələlik münasibətini bildirməyib.

QJB tərəfindən digər nominasiyalarda mükafata layiq görülənlər arasında əksəriyyəti yerli jurnalistlər təşkil edir.

Bundan əvvəlki illərdə QJB mükafatına layiq görülən jurnalistlər arasında "WikiLeaks" təsisçisi Julian Assanj və ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden olub.

Qazaxıstan Jurnalistlər Birliyinin keçmiş rəhbəri Seyidkazı Matayev bu ilin fevral ayında büdcə vəsaitlərinin iri məbləğdə mənimsənilməsinə görə saxlanılmışdı.

Qazaxıstanın "Adil söz" Beynəlxalq söz azadlığı fondunun prezidenti Tamara Qaleyeva hazırda müvəqqəti olaraq QJB idarə heyətinin sədri vəzifəsini icra edir.