Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Üzünüzdə vitamin əskikliyini göstərən - 5 ƏLAMƏT

21-03-2018, 15:50 Baxış: 224

Üzünüzdə vitamin əskikliyini göstərən - 5 ƏLAMƏT

Şişmiş gözlər:
Ümumiyyətlə qabarıq və şişmiş gözlər yuxusuz qaldığınıza işarə edir. Ancaq bundan başqa bədəninizdə ciddi mənada yod çatışmazlığının var olduğuna da işarə edə bilər.
Solğun dəri:
Qışda sərt hava şəraiti dərinizi solğun göstərə bilər. Yalnız bu vəziyyət davamlı hala gəlsə və həddindən artıq solğunlaşmaya başlasa, B12 vitamini çatışmazlığı var deməkdir.
Bədəniniz kafi miqdarda B12 vitamini almazsa, yorğun və solğun dəri tipinə sahib olacaqsınız.
Dişəti qanaması:
Diş ətləriniz son zamanlarda çox qanamaya başladısa, bədəninizdə ciddi miqdarda C vitamini çatışmazlığı ola bilər.
C vitamini çatışmazlığı immuniteti zəiflədə bilər.
Eyni zamanda əzələ ağrılarına, dişəti qanamalarına səbəb ola bilər.
Quru saçlar:
Saçınızda son zamanlarda qırıqlar meydana gəlməyə başladı?
Ya da saç dərinizdə kəpəyə rast gəlirsiniz?
Bu vəziyyət bədəninizdə B7 və biotin çatışmazlığı var olduğunu göstərir.
Xüsusilə biotin çatışmazlığı antibiotik istifadəsi nəticəsində meydana gəlir.
Solğun dodaqlar:
Solğun dodaqlar dəmir çatışmazlığının ən əhəmiyyətli əlamətlərindəndir.
Dəmir çatışmazlığı immunitetini zəifləməsinə səbəb olur.
Dodaq solğunluq ilə yanaşı həddindən artıq yorğunluq və halsızlıq varsa, bu vəziyyət də dəmir çatışmazlığının ən əhəmiyyətli əlamətlərindəndir.