Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Belarus prezidentinin Gürcüstana rəsmi səfəri başlayır

22-03-2018, 09:19 Baxış: 279

Belarus prezidentinin Gürcüstana rəsmi səfəri başlayır

Belarus prezidenti Aleksandr Lukaşenko martın 22-də Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib. İki günlük səfəri zamanı Belarus lideri Gürcüstanın prezidenti Giorqi Marqvelaşvili, baş nazir Giorqi Kvirikaşvili və Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşəcək.
İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
Martın 22-də Tbilisidə Gürcüstan-Belarus biznes-forumu keçiriləcək.
Bu günlərdə həmçinin Gürcüstan paytaxtında Minsk Günləri keçirilir.
Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenko 2015-ci ilin aprelində Gürcüstana rəsmi səfər edib.