Bakı 15° C Temperatur

76

5m/s

  • USD1.7001
  • EUR2.1043
  • 1BTC$13850
  • NEFT$65.34
^
XƏBƏR LENTİ

ABŞ-dan müəmmalı addım: Yeni komandan...

22-03-2018, 11:28 Baxış: 34
ABŞ-dan müəmmalı addım: Yeni komandan...
ABŞ-ın Kosovada yerləşən "Bondstil" bazasına yeni komandan təyin edilib. Bu barədə Serbiyanın "Blic" qəzeti məlumat yayıb.
Qəzet yeni komandanın serb əsilli Nik Duçiç olduğunu bildirib.
Qeyd edək ki, Duçiç 2008-2010-cu illərdə Ukraynada çalışıb.
Sonradan ABŞ-a qayıdan Duçiç 2011-2012-ci illərdə İraqda ezamiyyətdə olub.
Ukraynada Donbas konfliktinin başlanmasından dərhal sonra Kiyevə göndərilib.
O, Lvovun Yavorovsk poliqonunun Ukrayna hərbçilərini Donbasdakı döyüşlərə hazırlayıb. Xatırladaq ki, "Bondstil" bazası ABŞ-ın Avropadakı ən böyük bazalarından biri sayılır.
Yuqoslaviyanın bombardmanından sonra burada ABŞ daimi əsaslarla uzun müddət ərzində 50 min hərbçi saxlayıb. Hazırda bazadakı hərbçilərin sayının 15 min nəfər olduğu güman edilir.