Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

64 nəfərin öldüyü ticarət mərkəzinin rəhbəri həbs edildi

28-03-2018, 16:31 Baxış: 205
64 nəfərin öldüyü ticarət mərkəzinin rəhbəri həbs edildi Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı” ticarət mərkəzindəki yanğınla əlaqədar mərkəzin rəhbəri Nadejda Suddenok həbs edilib. 
Bu barədə Kemerovo vilayət məhkəməsi qərar çıxarıb.
N.Suddenok məhkəmə zalında həbs edilib. Məhkəmənin qərarına əsasən, o, mayın 25-ə qədər həbsdə olacaq. 
Təqsirləndirilən şəxsin vəkili qərardan şikayət etmək niyyətindədir. Vəkil müdafiə etdiyi şəxsin ev dustaqılığına buraxılmasını istəyir. Lakin hakim vəkilin vəsadətini təmin etməyib. 
Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olub.