Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

“Terminator” əməliyyat olundu

30-03-2018, 23:19 Baxış: 274
“Terminator” əməliyyat olundu
Məşhur Holivud aktyoru Arnold Şvarsneger təcili əməliyyat olunub. Bu barədə "TMZ” məlumat yayıb.
Dərginin məlumatına görə, 70 yaşlı aktyor Los Ancelesin Sedars-Sinay tibb mərkəzinə halsız vəziyyətdə gətirib.
Onun ürəyində kateter klapanının əvəzlənməsi üzrə əməliyyat keçirilib.
Prosedur zamanı cərrahlar çətinliklə üzləşdiyindən, keçmiş Kaliforniya qubernatorunun ürəyinə cərrahi müdaxilə etmək məcburiyyətində qalıb.
Əməliyyatın bir neçə saat davam etdiyi bildirilir.
Hazırda aktyorun vəziyyəti sabitdir.
   Qeyd edək ki, bu aktyorun ilk ürək əməliyyatı deyil.
1997-ci ildə onun aorta klapanı əvəzlənib.