Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Uillisin oynadığı filmin çəkilişində faciə - 1 ölü, 5 yaralı - Foto

1-04-2018, 09:43 Baxış: 288
Uillisin oynadığı filmin çəkilişində faciə - 1 ölü, 5 yaralı - Foto
37 yaşlı Maykl Devidson Edvard Nortonun "Yetimlərin Bruklini” filminin növbəti səhnəsinin çəkilişləri zamanı başlayan yanğın nəticəsində ölüb.
"Mirror” alov çəkilişlərin aparıldığı məkanın zirzəmisindəki caz-klubdan başladığını yazıb. Səhnənin çəkilişində Edvard Norton da iştirak edirmiş.
Zirzəmidən tüstü qalxdığını görüb. polisi yardıma çağırıb.
Qısa müddətdə beşmərtəbəli evə yayılan yanğının söndürülməsinə 75 yanğınsöndürmə maşını cəlb edilib. Yanğın briqadasının tərkibində Maykl Devidson da olub. 15 illik yənğınsöndürmə təxrübəsi olan və 4 dəfə cəsarətinə görə mükafatlandırılan Devidsonun ölümü çəkiliş qrupunu üzüb.
Bundan başqa, yanğında daha iki yanğınsöndürən və çəkiliş qrupunun 3 üzvü xəsarət alıb. Norton olaydan sarsıldığını bildirib və olay yerinə gələn mediaya "Bu, böyük faciədir, bizi tək buraxın” deyib.
Qeyd edək ki, "Yetimlərin Bruklini” filmi Conatan letemin eyniadlı romanı əsasında çəkilir. Baş rolları Uillem Defo, Bryus Uillis və Alek Bolduin oynayır. Film gələn il ekranlara çıxmalıdır.
Uillisin oynadığı filmin çəkilişində faciə - 1 ölü, 5 yaralı - Foto