Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Ərdoğanla Putin arasında telefon danışığı olub

12-04-2018, 23:22 Baxış: 251
Ərdoğanla Putin arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Prezidentlər Suriyadakı vəziyyəti, eləcə də Şərqi Gutada kimyəvi silahdan istifadə edilməsi məsələsini müzakirə ediblər.
R.T.Ərdoğan və V.Putin bu istiqamətdə təmasları davam etdirməklə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Türkiyə mətbuatı Şərqi Gutadakı hadisə ilə bağlı rəsmi Ankaranın Vaşinqton və Moskva arasında vasitəçilik etdiyini yazıb.
Xatırladaq ki, aprelin 11-də R.T.Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər.