Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İranda güclü zəlzələ - 76 yaralı

2-05-2018, 14:55 Baxış: 265
 
İranda güclü zəlzələ - 76 yaralı
İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ İran vaxtı ilə 8.38-də qeydə alınıb.
Güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. Onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.
Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.
***
İranın cənub-qərbində yerləşən Siseht rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.
Hələ ki, zəlzələ nəticəsində tələfat və dağıntıların olması barədə məlumat yoxdur.
***
İSNA agentliyinin yaydığı məlumata görə, zəlzələ nəticəsində 40 nəfər yaralanıb.