Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Türkiyə prezidentliyinə bütün namizədlərin adları açıqlandı

10-05-2018, 10:11 Baxış: 205
Türkiyə prezidentliyinə bütün namizədlərin adları açıqlandı Türkiyənin Ali Seçki Komissiyası iyunun 24-də keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin adlarını açıqlayıb.

Türkiyə prezidentliyinə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament seçkiləri də keçiriləcək.