Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

26-06-2016, 14:57 Baxış: 213
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir
Bu gün İspaniya parlamentinə növbədənkənar seçkilər keçirilir. 
Konqres və Senata seçkilər yerli vaxtla səhət saat 9.00-da (Bakı vaxtı ilə 11.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00)  başa çatacaq.  
Konqresdə 350 yer uğrunda 545 namizəd, Senatda 208 yer uğrunda 585 nəfər mübarizə aparır.
Qeyd edək ki, İspaniya parlamentinə son seçkilər 20 dekabr 2015-ci ildə keçirilib. Lakin Konqres ötən müddət ərzində baş naziri seçə bilməyib.  Bu, İspaniya tarixində diktator Fransisko Frankonun ölümündən sonra keçirilən 13-cü parlament seçkiləridir. Partiyalar parlamentdə təmsilçilik hüququ qazanmaq üçün 3 faizlik baryeri keçməlidir. Növbədənkənar parlament seçkiləri üçün İspaniyanın dövlət büdcəsindən 130 milyon avro ayrılıb. Parlamentin hər iki palatasının iclası iyulun 20-də keçirilməlidir.