Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

İSRAİL SƏFİRİ TÜRKİYƏNİ TƏRK EDİB

16-05-2018, 13:04 Baxış: 163
İSRAİL SƏFİRİ TÜRKİYƏNİ TƏRK EDİB
İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyəni tərk edib.
"Hurriyet” xəbər verir ki, Ankaradan İstanbula gedən səfir mayın 16-da günorta saatlarında təyyarə ilə Təl-Əvivə uçub. Diplomatın nə zaman geri qayıdacağı məlum deyil.
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib.
İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.
Bu hadisələr Türkiyə ilə İsrail və ABŞ arasında diplomatik qarşıdurmaya səbəb olub. İsrailin Türkiyədəki səfiri Eitan Naeh XİN-nə çağırılıb.
Nazirlik diplomata ölkəsinə qayıtmağı tövsiyə edib. Bundan başqa, Türkiyə XİN-nin ölkənin Təl-Əvəidəki səfiri Kemal Ökem və Vaşinqtondfakı səfiri Serdar Kılıcı məsləhətləşəmə üçün geri çağırıb.
Mayın 15-də İsrailin Xarici İşlər Nazirliyi Türkiyənin Qüdsdəki baş konsulu Hüsnü Gürcandan ölkəni tərk etməyi tələb edib.
Mayın 16-da isə Türkiyə XİN İsrailin İstanbuldakı baş konsulu Yosef Levi-Sfariyə ölkəsinə qayıtmasını məsləhət görüb.