Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İran Prezidenti İstanbula yola düşüb

18-05-2018, 14:00 Baxış: 92
İran Prezidenti İstanbula yola düşübBu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammitində iştirak etmək məqsədilə İstanbula yola düşüb.

Sammitdə Fələstində baş verən hadisələr, ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi kimi məsələlər nəzərdən keçiriləcək. Prezident Ruhani İran İslam Respublikasının bu məsələlərlə bağlı mövqeyini Sammit iştirakçılarının diqqətinə çatdıracaq.