Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Avropa Parlamenti Böyük Britaniya ilə bağlı qətnamə qəbul edəcək

27-06-2016, 16:23 Baxış: 291
Avropa Parlamenti Böyük Britaniya ilə bağlı qətnamə qəbul edəcək

Avropa Parlamenti iyunun 28-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qətnamə qəbul edəcək.Bu barədə Avropa Parlamentinin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniyada keçirilən referendumla bağlı parlamentin növbədənkənar sessiyası toplanacaq. Hazırda qətnamənin mətni hazırlanır.TASS-ın Brüsseldəki mənbəyə istinadən verdiyi məlumata görə, qətnamədə Lissabon razılaşmasının 50-ci maddəsinə uyğun olaraq Böyük Britaniyanın Aİ-dən çıxmaq niyyəti ilə bağlı tez bir zamanda rəsmi müraciət etməsi tələb olunacaq.Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib və seçicilərin 52 faizi bu təklifi dəstəkləyib.