Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub

6-06-2018, 09:16 Baxış: 319
Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub

Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər. "RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.

"Saat 21.50-də (Bakı vaxtı ilə 22.50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub”, - deyə qurumdan bildirilib.  

Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub.