Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

NATO-nun yeni komanda mərkəzləri bu ölkələrdə yerləşəcək

6-06-2018, 14:47 Baxış: 172
NATO-nun yeni komanda mərkəzləri bu ölkələrdə yerləşəcək NATO yeni komandan mərkəzlərinin yerləşəcəyi ölkələrin adlarını açıqlayıb.

Bu barədə keçirilmiş mətbuat konfransında NATO rəhbəri Yens Stoltenberq bəyanat verib.

Stoltenberq NATO-nun dəniz komandanlığı ABŞ-da, loqistika üzrə komandanlığı isə Almaniyada yerləşəcəyini bildirib.

"Biz ABŞ-da Atlantik dənizi üzrə yeni dəniz komandanlığını və Almaniyada isə yeni logistik komandanlığını genişləndirəcəyik və təsdiqləyəcəyik” – Stoltenberq bəyan edib.

O həmçinin NATO-nun 2020-ci il üçün planlarını da açıqlayıb.

Stoltenberq NATO-nun "4X30” təşəbbüsünün təsdiqləndiyini də bildirib. Yeni təşəbbüsə əsasən NATO- 2020-ci il üçün 30 tabor, 30 döyüş gəmisi və 30 aviasiyanın 30 günə tam döyüş hazırlığı vəziyyətinə gətirəcək.

Qeyd edək ki, NATO rəhbəri həmçinin ABŞ-la digər üzvlər arasında əsasən İranla nüvə razılaşması kimi bir çox digər fikir ayrılıqlarının alyansın birliyinə təsir etmədiyinin müşahidə olunduğunu bildirib.