Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

EFİOPİYADA BAŞ VERƏN PARTLAYIŞDA XƏSARƏT ALANLARIN SAYI 156 NƏFƏRƏ ÇATIB

24-06-2018, 09:22 Baxış: 331
EFİOPİYADA BAŞ VERƏN PARTLAYIŞDA XƏSARƏT ALANLARIN SAYI 156 NƏFƏRƏ ÇATIB
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə baş verən partlayışda xəsarət alanların sayı 156 nəfərə çatıb.
RİA "Novostiy" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Twitter"də məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış zamanı 1 nəfər həlak olub.
Səhiyyə nazirinin sözlərinə görə, hazırda 50 nəfər tibbi baxış altındadır, artıq 5 nəfərə baxılıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.
Partlayış şənbə günü ölkənin baş naziri Abiya Əhmədə dəstək məqsədilə keçirilən mitinqdə baş verib. Mitinqin təşkilatçısının sözlərinə görə, baş nazirin çıxış etdiyi tribuna istiqamətində qumbara atılıb.
Hadisə zamanı nazirin özü xəsarət almayıb.