Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

DÇ-2018: BU GÜN BRAZİLİYA VƏ ALMANİYANIN TALEYİNƏ AYDINLIQ GƏLƏCƏK

27-06-2018, 08:49 Baxış: 143
DÇ-2018: BU GÜN BRAZİLİYA VƏ ALMANİYANIN TALEYİNƏ AYDINLIQ GƏLƏCƏK
Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.
Qarşılaşmalar F və E qruplarını əhatə edəcək.
Əvvəlcə F qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç görüşləri təşkil olunacaq.
Bu qrupda bütün komandalar 1/8 finala iddialıdır. Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidir.
Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.
Bu qrupla müqayisədə E qrupunda vəziyyət nisbətən qeyri-mürəkkəbdir. 4 xalla qrup lideri olan komandalardan Braziliya 3 xalı olan Serbiya, İsveçrə isə hələ xal toplamayan Kosta-Rika ilə qarşılaşacaq.
Serbiya Braziliyaya qalib gələ bilməsə, digər görüşün əhəmiyyəti qalmayacaq.
Hərçənd, İsveçrənin Kosta-Rika ilə görüşdən ən azı heç-heçə ilə ayrılmaq imkanları yüksək qiymətləndirilir.
DÇ-2018 27 iyun III tur F qrupu 18:00. Cənubi Koreya - Almaniya Hakimlər:
Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili) Kazan, "Kazan Arena" 18:00. Meksika - İsveç Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay) Yekaterinburq, "Yekaterinburq Arena" 22:00.
Serbiya - Braziliya
Hakimlər: Alireza Fağani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Jair Marrufo (ABŞ), Anuar Hila (Tunis) Moskva, "Spartak" stadionu 22:00.
İsveçrə - Kosta-Rika Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya) Nijni Novqorod, "Nijni Novqorod" stadionu Qeyd edək ki, hələlik 1/8 final cütlərindən 4-ü məlumdur.
 
İyunun 30-da Soçidə Uruqvay - Portuqaliya,
Kazanda Fransa - Argentina və iyulun 1-də Moskvadakı "Lujniki" stadionunda İspaniya - Rusiya,
Nijni-Novqorodda Xorvatiya - Danimarka görüşləri keçiriləcək.