Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

“Tramp Rusiyanın G7-yə qayıdacağına əmindir” - Mayk Pompeo

28-06-2018, 09:30 Baxış: 89
 “Tramp Rusiyanın G7-yə qayıdacağına əmindir” - Mayk Pompeo
ABŞ prezidenti Donald Tramp Rusiyanın "Böyük yeddiliyə” (G7) qayıdacağına əmindir.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatda keçirilən dinləmələrdə bəyan edib. "Prezident Minsk razılaşmalarının yerinə yetirilməsindən asılı olmayaraq Rusiyanın G7-yə qayıdacağına əmindir. Rusiyanın bu kimi mühüm geostrateji müzakirələrdə iştirakı qaçılmazdır”, deyə M.Pompeo qeyd edib. Bununla belə M.Pompeo bildirib ki, Rusiyaya qarşı sanksiya rejimi qüvvədə qalmalıdır: "Çalışacağıq ki, Avropa ölkələri də bunun vacibliyini dərk etsinlər”.
 
Qeyd edək ki, hazırda Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşün Finlandiya paytaxtı Helsinkidə keçirilməsi imkanını nəzərdən keçirir.