Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

GÜRCÜSTANIN MÜXALİF “AVROPA GÜRCÜSTANI” PARTİYASI PREZİDENTLİYƏ NAMİZƏDİNİN ADINI AÇIQLAYIB

21-07-2018, 20:01 Baxış: 144
GÜRCÜSTANIN MÜXALİF “AVROPA GÜRCÜSTANI” PARTİYASI PREZİDENTLİYƏ NAMİZƏDİNİN ADINI AÇIQLAYIBGürcüstanın əsas müxalifət partiyalarından hesab olunan "Avropa Gürcüstanı” partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.
İyulun 21-də Kutaisi İdman Sarayında partiya fəallarının toplantısı keçirilib.
Toplantıda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub və D.Bakradzenin namizədliyi yekdilliklə təsdiq olunub. Partiyanın baş katibi Qiqi Uqulava çıxışında deyib ki, bu gün Gürcüstan cəmiyyətinin hamını öz ətrafında birləşdirə biləcək prezidentə ehtiyacı var. "Elə bir prezidentə ki, xalqın sabaha ümidlərini doğrultsun, cəmiyyətin qarşısında duran problemləri həll etsin, hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasını vergiləri azaltmağa, pensiyaları artırmağa, vətəndaşlara yardım göstərməyə məcbur edə bilsin”, - deyə Uqulava vurğulayıb. Məlumat üçün qeyd edək ki, Gürcüstanın bir neçə müxalifət partiyası prezident seçkilərində vahid taktikadan istifadə etmək, seçkilərdə ikinci tur olarsa hamılıqla müxalifətin liderinə səs vermək barədə razılığa gəliblər. David Bakradze ana müxalifət partiyası olan Gürcüstan "Vahid Milli Hərəkat” Partiyasının üzvü olub.