Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Nikol meydan oxuyur: Putinin cavabı… - Duqindən sensasiya

3-08-2018, 15:41 Baxış: 108
Nikol meydan oxuyur: Putinin cavabı… - Duqindən sensasiyaRusiya Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moskvanın İrəvanın hərəkətlərinə görə narahatlıq duyduğunu ifadə edib. Söhbət KTMT-nin Ermənistandakı baş katibi Yuri Xaçaturovun həbsindən gedir. Ermənistan hakimiyyətinin son addımlarının arxasında nə dayanır?
Mövzu ilə bağlı fəlsəfə, siyasi elmlər doktoru Aleksandr Duqinin Federal Xəbər Agentliyinin hərbi müxbiri ilə söhbətini təqdim edirik:
– Ermənistanda "Paşinyan inqilabı" və indi baş verən hadisələrlə bağlı hər şey geosiyasi kontekstə yerləşdirilməlidir. Məsələ burasındadır ki, Serj Sərkisyanın prezidentliyi dövründə Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətlərini yaxşılaşdırmaq üçün ciddi razılıq əldə edilmişdi. Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması iki ölkə arasında gərginliyin və eskalasiyanın aradan qaldırılmasına imkan verəcəkdi. Öz növbəsində, bu, Cənubi Qafqazda güc balansının harmoniyasına əhəmiyyətli bir şəkildə təsir göstərəcəkdi.
– Amma bu baş vermədi.
– Serj Sərkisyanın baş nazir postuna əyləşməli olduğu bir vaxtda yaranan narahatlıqlar və Milli Məslisin deputatı Paşinyanın ölkə rəhbərliyinə gəlməsi ilə bütün istiqamətlər dəyişdi. Paşinyan Rusiyanın vasitəçiliyi ilə əldə olunan Azərbaycan
– Ermənistan razılaşması üçün rəsmi İrəvanın verdiyi vədlərə əməl etməyəcək. Üstəlik, o, KTMT və Avrasiya İttifaqı daxilində Ermənistan və Rusiyanın qarşılıqlı münasibətlərini sual altına qoymaq üçün qərbli, avroatlantik yanaşmalarını ifadə etməyə başladı. Yəni, Paşinyan uzun müddət davam edən müttəfiq münasibətlərimizə qarşı dağıdıcı siyasət aparmağa başladı.
– Bu davranış sürpriz oldu. Çünki bundan əvvəl həm İrəvan, həm də Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olunduğu haqda məlumatlar yayılmışdı. Paşinyanın hərəkətləri Moskvadan necə görünür?
– Paşinyanın gəlməsi ilə Qarabağ problemində Rusiyanın mövqeyini möhkəmləndirəcək və bu ölkələr arasındakı münasibətləri normaya salacaq hər hansı bir addımdan söhbət belə getmədi. Əksinə, Paşinyanın hakimiyyətə gəlməsi bütün planları məhv etdi. Çünki Azərbaycanla Rusiya arasındakı yaxınlaşmaq məsələsi aktual idi və bu, hər kəsin güclənməsinə səbəb olacaqdı. Buna görə də Ermənistan-Azərbaycan münasibətlərində nəzərdə tutulan addımlar nəinki atılmadı, hətta bir addım geri çəkilməyə gətirib çıxardı.
– Və indi bu mühüm həbs hadisəsi…
– KTMT sədri Xaçaturovun həbsi əslində bizim strateji tərəfdaşlığımıza zərbədir. Robert Köçəryanın (Ermənistanın sabiq prezidenti) həbs olunması - daxili məsələdirsə, KTMT liderinin həbsi bizim hərbi-strateji münasibətlərimizə zərbədir.
– Ermənistanda bir çox insan üçün Sərkisyan və Köçəryan adları Rusiya ilə assosasiya olunurdu. Bəziləri onları Moskvanın namizədləri kimi qəbul edirdi ki, bu da etirazlara əlavə bir təkan verdi. Bu assosasiya nə dərəcədə adekvatdır?
– Məsələ burasındadır ki, nə Sərkisyan müdafiə olunacaq qədər idealdır, nə də Ermənistanın digər rəhbərliyi. Bu, müəyyən qədər Kiyev, Ukrayna məsələsini xatırladır. Rusiya daxili siyasətdə populyar olmayan müəyyən siyasi liderlərlə danışıqlara gedirdi. Amma bu, Rusiyanın bunu nəzərə almadığı demək deyil. Rusiya daha ümumi mənfəətlər uğrunda hərəkət edir, onların kim olduğuna və ictimai rəyə baxmır. Rusiya ölkəni idarə etmək hüququna sahib olan şəxslərlə anlaşır.
– Rusiya rəsmi İrəvanla olan münasibətlərdə də eyni taktikadan istifadə edib…
– Rusiya Ermənistanla olan münasibətlərini Köçəryana və ya Sərkisyana uyğunlaşdırmayıb, müttəfiqimiz Azərbaycanla olan münasibətləri də nəzərə alaraq, Rusiya ölkə maraqları mövqeyindən, İrəvan – Moskva müttəfiqliyi mövqeyindən çıxış edirdi. Paşinyan bu modeli məhv edir və meydan oxuyur. Mən çox yaxşı başa düşürəm ki, ermənilər əvvəlki rəhbərliyə münasibətdə çox mənfi mövqe tuturlar. Bu normaldır. Əslində, biz də Yeltsin rəhbərliyinə, ukraynalılar isə Viktor Yanukoviçə eyni münasibət bəsləyirik. Ancaq bu, geosiyasi konstruksiyaları məhv etmək üçün bir bəhanə deyil. Bu çox təhlükəlidir.
– KİV yeni erməni hakimiyyətinin hərəkətlərinin Moskvanın "qıcıqlandırması" ilə bağlı çoxsaylı manşetlər tirajlayır…
– Hesab edirəm ki, Sergey Lavrov İrəvanda belə bir hərəkatın təhlükəsinin olduğunu dərk edir və sadəcə xəbərdarlıq edir: ermənilər, siz daxili problemlərinizi uyğun gördüyünüz kimi həll edəcəksiniz, ancaq geosiyasi kontekst mövcuddur, çünki müqavilələri pozaraq, həm dövlətçiliyinizi, həm də xalqınızı hücum təhlükəsi altında qoyursunuz. Hesab edirəm ki, bu, Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatının açıqlamasıdır. Bu, çox ciddi xəbərdarlıqdır.
– Aydındır ki, bu, yalnız Rusiya Xarici İşlər Nazirliyinin deyil, Kremlin mövqeyidir.
– Bir qayda olaraq Xarici İşlər Nazirliyi Kremlin reaksiyasını mümkün qədər yumşaldır. Və baş verənlərə Prezident Vladimir Putinin reaksiyasını təsəvvür edə bilirəm. Lavrovun çıxışı prezidentimizin reaksiyasının 100 dəfə yumşaldılmış versiyasıdır. Bu hamı üçün çox pis nəticələnə bilər.
– Belə demarş Dağlıq Qarabağda gedə bilər…
– Bu yaxınlarda mən azərbaycanlılar tərəfdən Qarabağda oldum və başa düşdüm ki, sülh nə qədər həssasdır, onu dəstəkləmək çox çətindir. Bu istiqamətdə atılacaq hər bir addım dəqiq hesablanmalıdır. Xaçaturovun həbsi qayda və sazişlərdən xilas olmaq üçün bir vasitədir. Bu, hərbi ittifaqın məhv edilməsi, məncə, görünməmiş bir hərəkətdir.
– Ermənistan hakimiyyətinin hansı variantları var?
– Belə davam edərsə, Rusiya erməni dövlətçiliyinin təminatçısı rolundan imtina edə bilər. Bütün situasiyanın dəyişməsi üçün Rusiya tərəfinin bunu dilə gətirməsi kifayətdir. Rusiya təkcə postsovet məkanında deyil, həm də ətrafında olan bir çox dövlətin ərazi bütövlüyünün təminatçısıdır. Hətta Türkiyədə baş verənlər də bunu sübuta yetirdi. Əlbəttə, biz şantajdan danışmırıq. Ancaq bir anlıq belə olsa, unutsaq ki, biz KTMT və Avrasiya İttifaqı müttəfiqlərini dəstəkləməliyik, düşünürəm ki, erməni ərazi bütövlüyünün, xüsusən də Qarabağın taleyi qeyri-müəyyən bir fazaya keçəcək. Rusiyanın yalnız göz qırpması kifayət edər.
– Ermənistan üçün kədərli perspektiv…
 – Ruslar ayı kimidir. Ermənilərə onu əsəbləşdirməyi tövsiyə etmirəm.