Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Vladimir Putin Yuli Qusmanı 75 illik yubileyi münasibətilə təbrik edib

9-08-2018, 10:27 Baxış: 237
Vladimir Putin Yuli Qusmanı 75 illik yubileyi münasibətilə təbrik edib
Rusiyanın dövlət başçısı Vladimir Putin 75 illik yubileyi münasibətilə Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, məşhur rejissor Yuli Qusmana təbrik teleqramı göndərib.
TASS agentliyi xəbər verir ki, Putin teleqramda səxavətli, çoxtərəfli istedada malik Yuli Qusmanın uğurlu fəaliyyət göstərdiyini, maraqlı, parlaq layihələrdə iştirak etdiyini və ictimai fəaliyyətlə məşğul olduğunu vurğulayıb, rejissora cansağlığı və uğurlar arzulayıb. Bundan əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedyev də Y.Qusmanı təbrik etmişdi. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il il 1 avqust tarixli Sərəncamı ilə Azərbaycan-Rusiya arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yuli Solomonoviç Qusmanı "Dostluq” ordeni ilə təltif edib.