Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

İstanbuldakı terrorda 19 əcnəbi ölüb

30-06-2016, 17:01 Baxış: 389
İstanbuldakı terrorda 19 əcnəbi ölüb

Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində son məlumata görə, ölənlərin sayı 43-ə çatıb. Öldürülən 3 terrorçu-kamikadze bu rəqəmə daxil deyil. Həmin 43 nəfərdən 19-u xarici ölkə vətəndaşlarıdır.

Bunu terror aktının nəticələri barədə Türkiyə Böyük Millət Məclisini məlumatlandıran daxili işlər naziri Efkan Ala deyib.

Nazir bildirib ki, indiyədək 9-u türk, 4-ü əcnəbi olmaqla ümumilikdə 13 nəfər saxlanılıb. Hazırda xəstəxanalarda 94 yaralının müalicəsi davam etdirilir.

İŞİD terror qruplaşması ilə mübarizə tədbirləri barədə də məlumat verən E.Ala qeyd edib ki, bu günədək 5310 nəfər saxlanılıb. Onlardan 654-ü barəsində həbs qətimkan tədbiri seçilib. Təkcə cari il ərzində 1654 nəfər saxlanılıb ki, onların da 791-i xarici ölkə vətəndaşlarıdır. İl ərzində saxlanılan şəxslərin 663-ü (371 əcnəbi) barədə həbs qətimkan tədbiri seçilib.