Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

AZAL biletləri pulsuz qaytarır - İLK DƏFƏ

30-06-2016, 17:04 Baxış: 963

 AZAL biletləri pulsuz qaytarır - İLK DƏFƏ

İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) iyul ayının 5-ə qədər öncədən aviabilet əldə etmiş sərnişinlərinə həmin biletləri qaytarmaq və ya dəyişdirmək imkanı yaradıb. 

Tezis.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə AZAL-dan məlumat verilib. 

"Sərnişinlərin rahatlığını düşünərək, "Azərbaycan Hava Yolları”nın 5 iyul 2016-cı il tarixinə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər", - deyə məlumatda bildirilir.