Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Rusiya təkzib etdi - “Qırıcılar ələ keçirilməyib”

16-08-2018, 11:34 Baxış: 195
Rusiya təkzib etdi - “Qırıcılar ələ keçirilməyib”
Böyük Britaniyanın Kral Hərbi-hava qüvvələri Qara dəniz üzərində NATO-nun hava məkanına daxil olan Rusiyaya məxsus "Su-24” qırıcılarının "Eurofighter Typhoons” tərəfindən ələ keçirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda Rusiyanın 6 qırıcısı NATO-nun hava məkanına daxil olarkən qırıcıların Rumıniyanın aviabazasından havaya qaldırıldığı qeyd olunub. Hələlik Rusiya tərəfi məsələyə münasibət bildirməyib. ***
Rusiyanın Müdafiə Nazirliyi "Su-24” qırıcılarının NATO ölkələrindən birinə məxsus qırıcılar tərəfindən ələ keçirilməsi faktını təkzib edib. Bildirilib ki, Rusiyaya məxsus 4 təyyarə Qara dəniz üzərində təlim uçuşları həyata keçirib və heç bir hava məkanını pozmayıb. NATO-nun qırıcıları Rusiya təyyarələrindən 30 kilometr məsafədə olub, heç bir manevr və yaxınlaşma baş verməyib.
***
Bazar ertəsi Böyük Britaniyanın "Eurofighter Typhoon” tipli iki qırıcısı Qara dənizdə NATO-nun hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə görə havaya qaldırılıb. "RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrindən bildiriblər. "Qırıcıları Rumıniyanın təyyarə bazasından ona görə havaya qaldırdılar ki, Rusiyanın 6 ədəd "Su-24” Rusiya təyyarəsi NATO-nun hava məkanına yaxınlaşmışdı”, - idarədən qeyd ediblər. Rusiyanın Müdafiə Nazirliyindən isə bildiriblər ki, dörd təyyarə Qara dəniz akvatoriyasının üzərində plan tədris uçuşlarını yerinə yetirirdi və onların arasında "Su-24” yox idi. İdarədən qeyd ediblər ki, dəniz aviasiyasının uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun yerinə yetirilir.