Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Krımın işğalı ilə barışmayacağıq - Almaniya

19-08-2018, 14:39 Baxış: 83
Krımın işğalı ilə barışmayacağıq - Almaniya
Rusiyanın Ukraynanın Krım bölgəsini işğal etməsi ilə barışmayacağıq.
Bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib. Nazir Krımın Ukraynanın suverenliyinə aid olduğunu vildirib:
"Krımı Rusiya ərazisi kimi tanısaq, digər ölkələr də bunu nümunə götürərək beynəlxalq hüquq normalarına zidd qərarlar qəbul edə bilərlər”.
Alman diplomat Ukraynadakı işğallara görə, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya qərarının atılmış ən doğru addım olduğunu diqqətə çatdırıb.
Alman nəşri "Sonnatag” Krım, Donbas (Ukrayna), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) kimi münaqişələrlə yanaşı, uzun illərdir Ermənistan və Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib.