Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

“The Guardian” qəzeti: Devid Bouinin ilk səs yazısı hərracda 40 min funt-sterlinqə satıldı

“The Guardian” qəzeti: Devid Bouinin ilk səs yazısı hərracda 40 min funt-sterlinqə satıldı
Rok ifaçısı Devid Bouinin (1947-2016) "I Never Dreamed” adlı ilk səsyazması Böyük Britaniyada keçirilən hərracda 39,4 funt-sterlinqə satılıb.
Bu barədə "The Guardian” qəzeti məlumat yayıb.
TASS informasiya agentliyi xəbər verir ki, hərracda satış bütün gözləntiləri keçib. Belə ki, ekspertlər onu 10 min funt-sterlinq dəyərində qiymətləndiriblər.
"Omega Auctions” hərrac evinin nümayəndələri lent yazısı ətrafında görünməmiş ajiotajdan danışıblar. Maqnit lentini Devid Bouinin "The Konrads” qrupunda vaxtilə barabançı və menecer olmuş Devid Hedfild bu ilin iyulunda öz evinin çardağında tapıb. Orada hələ heç kimin tanımadığı 16 yaşlı Devid Cons (Boui) özünün "I Never Dreamed” mahnısını oxuyur. Rok ifaçısı, prodüser, rejissor və aktyor Devid Boui 2016-cı il yanvarın 10-da xərçəng xəstəliyindən vəfat edib. Həmin ilin noyabrında isə "Sotheby's” hərrac evi musiqiçinin əsərlərinin şəxsi kolleksiyasını satışa çıxarıb və iki gün ərzində 33 milyon funt-sterlinq toplayıb.