Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Məşhur müğənni Barbadosun səfiri oldu

22-09-2018, 09:08 Baxış: 137
Məşhur müğənni Barbadosun səfiri oldu
Məşhur amerikalı müğənni Rihanna Barbadosun fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə RİA məlumat yayıb.
Bildirilib ki, müğənni təhsil, turizm və investisiya sahələrinə də cavabdehlik daşıyacaq. "Rihanna öz ölkəsini çox sevir. Xüsusilə sağlamlıq və təhsil sahələrində göstərdiyi xeyriyyəçilikdə bu öz əksini tapır.
O, həmçinin vətənpərvərliyini nümayiş etdirir. Öz ölkəsi üçün çalışır, ölkəsini evi kimi qiymətləndirir”, - deyə Barbadosun Baş naziri Mia Amor Mottli bildirib.
Qeyd edək ki, amerikalı müğənni Rihanna (Robin Rihanna Fenti) 1988-ci ildə Barbadosda doğulub.