Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

AZƏRBAYCANDA YENİ PİLOTSUZ UÇUŞ APARATI İSTEHSAL OLUNACAQ

25-09-2018, 18:17 Baxış: 127

AZƏRBAYCANDA YENİ PİLOTSUZ UÇUŞ APARATI İSTEHSAL OLUNACAQAzərbaycanda "Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. 

Həmin dronun maketi Bakıda keçirilən "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bu gün təqdim olunub.

Sözügedən uçuş vasitəsinin İsrailin "Aeronautics” şirkətilə müştərək əsasla "Azad Systems" müəsisəsində istehsal olunacağı güman edilir.

Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan "Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.