Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Münaqişə yalnız bu yolla həll olunmalıdır - Paşinyan

26-09-2018, 11:23 Baxış: 226
Münaqişə yalnız bu yolla həll olunmalıdır - Paşinyan
"Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır".
 TASS agentliyi xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Dağlıq Qarabağda sülh münaqişənin həlli bizim xarici siyasət çağırışımızda birinci yerdə dayanır”, - o deyib.
Onun sözlərinə görə, ölkəsi münaqişənin həlli üçün "konstruktiv" fəaliyyəti aparmağa davam edəcək.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirə ediləcəyi görüş ATƏT-in Minsk Qrupu həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.