Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 260 illik yubileyi qeyd edilir

8-10-2018, 17:35 Baxış: 272
 
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 260 illik yubileyi qeyd edilir
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU) 260 illik yubileyi qeyd edilir. 
İ.M.Seçenov adına Birinci MDTU-nun sələfi 1755-ci ildə açılmış Moskva İmperator Universitetinin tibb fakültəsi olub. 1917-1930-cu illərdə tibb fakültəsi Moskva Dövlət Universitetinin tərkibində fəaliyyət göstərib. 1930-cu ildə bu fakültə MDU-dan ayrılaraq Birinci Moskva Tibb İnstitutuna çevrilib. 1955-ci ildə bu instituta İ.M.Seçenovun adı verilib, 2010-cu ildən isə institut Birinci Moskva Dövlət Tibb Universiteti kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bu ali məktəbin yeganə filialı 2015-ci ildə Bakıda açılıb. Filialda tədris Seçenov Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir, məşğələlər rus dilində aparılır. Filialın məzunlarına Birinci MDTU-nun diplomu verilir.
Birinci MDTU-nun 260 illik yubileyi münasibətilə bu ali məktəbdə bayram həftəsi keçirilir. Bayram həftəsi çərçivəsində "Mədəniyyət və ənənələr” forumu, "260 yaş son deyil” adlı idman bayramı və digər tədbirlər təşkil ediləcək. Yubiley həftəsi oktyabrın 12-də Elmi Şuranın geniş iclası, N.V.Sklifosovskinin heykəlinin təntənəli açılış mərasimi və bayram qala-konserti ilə başa çatacaq.