Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Həbibin döyüş vaxtı Makqreqora dediyi sözlər bilindi

8-10-2018, 18:32 Baxış: 311
Həbibin döyüş vaxtı Makqreqora dediyi sözlər bilindiNurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.
UFC çempionu Həbib Nurməhəmmədovun döyüşün ikinci raundunda irland Konor Makqreqora dediyi sözlər açıqlanıb.
Bu barədə "Daily Star" nəşri xəbər verir. İkinci raundda, Rusiya təmsilçisi "takedown" edib, rəqibini döyməyə başlayanda Makqrekora deyib: "İndi gəl danışaq".
Xatırladaq ki, şənbə günü — oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub.
Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub. Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb. Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar. UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib.
Ona çempionluq kəməri bir neçə saat sonra verilib.
Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib.
Onu da qeyd edək ki, H.Nurməhəmmədov bu gün Bakı vaxtı ilə saat 22.50-də Mahaçqalada öz fanatları ilə görüşəcək.