Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

HƏBİB VƏ KONORUN DA İŞTİRAK ETDİYİ UFC TURNİRİ ÖDƏNİŞLİ YAYIM ÜZRƏ REKORD VURUB

12-10-2018, 08:34 Baxış: 165
HƏBİB VƏ KONORUN DA İŞTİRAK ETDİYİ UFC TURNİRİ ÖDƏNİŞLİ YAYIM ÜZRƏ REKORD VURUB
ABŞ-ın Las-Veqas şəhərində əsas qarşılaşmanın rusiyalı samboçu Həbib Nurməhəmmədov və irland boksçu Konor Makqreqor arsında baş tutduğu Mütləq Döyüş Çempionatı –UFC 229 turniri ödənişli yayımların satış sayı üzrə təşkilat tarixində rekord olub.
Bu barədə "MMAfighting" portalı məlumat yayıb.
Nəşr qeyd edir ki, turnir üçün ümumi dəyəri təqribən 2,4 milyon dollar (bir yayım 90 dollar təşkil edib) olan yayım hüququ satılıb ki, bu da UFC tarixində rekord göstəricidir. Təşkilatın bundan əvvəlki ən yaxşı nəticəsi UFC 202 ($1,5 mln) turnirində qeydə alınıb. Həmin turnirin əsas döyüşü Makqreqor və amerikalı Neyt Dias (20 avqust 2016-cı il) arasında olub.
Turnir oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.