Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Lukaşenko Putini QAZ-69-da gəzdirdi - Foto

13-10-2018, 08:37 Baxış: 192
Lukaşenko Putini QAZ-69-da gəzdirdi - Foto
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.
Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, A.Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər. Bundan əlavə, Lukaşenko Rusiya Federasiyasının rəhbərini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib. Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.Lukaşenko Putini QAZ-69-da gəzdirdi - Foto