Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Paşinyan Qarabağı Bakıya qaytarmağa hazırdır – Sərkisyan

19-10-2018, 21:00 Baxış: 95
Paşinyan Qarabağı Bakıya qaytarmağa hazırdır – SərkisyanErmənistanın yeni hökuməti Azərbaycana Qarabağı qaytarmağa hazırdır.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Demokratik Partiyasının sədri Aram Sərkisyan deyib.
O, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Qarabağ açıqlamasını yalnız bu cür izah etməyin mümkün olduğunu bildirib: "Mills təkcə Ermənistanı tərk edən səfir deyil, o, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin nümayəndəsidir.
Onun bu çıxışı bütün həmsədr ölkələrin birləşmiş mövqeyi də ola bilər”.
Qeyd edək ki, Mills Qarabağ konfliktinin həlli üçün işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması gərəkdiyini bildirib.