Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Vladimir Putin və Donald Tramp Parisdə görüşəcəklər

24-10-2018, 09:09 Baxış: 113
Vladimir Putin və Donald Tramp Parisdə görüşəcəklər
Rusiya Prezidenti Vladimir Putin Fransaya səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
Bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
 TASS informasiya agentliyi xəbər verir ki, Yuri Uşakovun sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya tərəfi ilə məsləhətləşmələri zamanı prezidentlərin noyabrın 11-də Parisdə görüşməsinin mümkünlüyü barədə ilkin razılaşma əldə edilib. Həmin gün Parisdə Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyinə həsr edilən tədbirlər keçiriləcək.
Rusiya və ABŞ prezidentləri təntənəli tədbirlərdən sonra görüşəcəklər. Yuri Uşakov qeyd edib ki, bu, normal ikitərəfli, tamdəyərli görüş olacaq.
Görüşdə hər iki tərəfdən böyük heyət olmasa da, mühüm təmsilçilər iştirak edəcəklər.