Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Bu il Misirə gələn turistlərin sayı 40 faiz artıb

20-11-2018, 08:59 Baxış: 15
Bu il Misirə gələn turistlərin sayı 40 faiz artıb
Misirdə 2018-ci ilin 9 ay ərzində keçən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 40 faiz artıb.
Bu barədə Misirin turizm naziri Raniyə Əl-Maşat mətbuata açıqlamasında deyib. Beləliklə, "ərəb baharından” sonra müşahidə olunan tənəzzül faktiki olaraq aradan qaldırılıb və turizm sahəsi 2010-cu ildə qeydə alınan rekord rəqəmlərə yaxınlaşmaqdadır. Misir mətbuatinın yaydığı məlumata görə, ölkəyə gələn turistlərin "xəritəsi” çox dəyişilib. 2011-ci ildə Misirə gələn rusiyalı turistlər birinci, britaniyalılar ikinci, almanlar üçüncü yeri tuturdularsa, bu gün mənzərə başqa cürdür. Belə ki, hazırda ölkəni ən çox almaniyalı, britaniyalı və Ukraynadan gələn turistlər ziyarət edir. Ekspertlərin fikrincə, turist axınının 2010-cu ilin rəqəmlərinə çatması üçün həmişə çoxluq təşkil edən rusiyalı turistlərin Misirə qayıtmaları lazımdir.