Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Putindən sərt xəbərdarlıq - Cavabsız qoymayacağıq

20-11-2018, 12:17 Baxış: 96
 
Putindən sərt xəbərdarlıq - Cavabsız qoymayacağıq

Rusiya ABŞ-ın orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını cavabsız qoymayacaq. 

Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdiyi müşavirədə deyib. 

Bununla yanaşı o qeyd edib ki, Moskva məsələ ilə bağlı amerikalı tərəfdaşlarla dialoq aparmağa hazırdır. 

"Güman edirik ki, onlar buna tam məsuliyyətlə yanaşacaqlar. ABŞ-ın sözügedən müqavilədən çıxması şübhəsiz ki, tərəfimizdən cavabsız qala bilməz və qalmayacaq”, - deyə o vurğulayıb.

Putin onu da əlavə edib ki, hazırda Rusiya istənilən raket əleyhinə müdafiə sistemini yara biləcək hiper səs silaha malikdir. 

Qeyd edək ki, oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını istədiyini bəyan edib. Müvafiq sənəd 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb.