Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini qazanan ilk futbolçuya çevrilib

28-11-2018, 10:05 Baxış: 96
 
Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini qazanan ilk futbolçuya çevrilib

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini əldə edib.

Yubiley qalibiyyəti İspaniya "Valensiya"sı ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. Portuqaliyalı hücumçu belə göstəriciyə imza atan ilk oyunçu olub. "Yarasalar"la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mancukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib. 

Digər tərəfdən, Ronaldu Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.

Qeyd edək ki, "Yuventus" sonuncu turda İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. Matç dekabrın 12-də keçiriləcək.