Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Yaponiyada Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyası davam edir

30-11-2018, 08:51 Baxış: 141
Yaponiyada Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyası davam edir
Yaponiyanın paytaxtı Tokioda Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası davam edir.
Baş Assambleyada ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin başçılığı ilə nümayəndə heyəti təmsil edir. Heyətdə MOK baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin rəisi Mehman Kərimov yer alıblar.
Noyabrın 29-da keçirilən iclasda açılış nitqi ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Milli Olimpiya komitələrinin nümayəndələrini salamlayıb. O, çıxışında Olimpiya dəyərləri və Olimpiya hərəkatı, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və inkişafından danışıb. T.Bax Olimpiya təhsili və idmanın təşviqinin vacibliyini xüsusi vurğulayıb. Assambleya çərçivəsində "Tokio 2020", "Paris 2024" və "Los-Anceles 2028" Yay Olimpiya oyunlarının Təşkilat komitələrinin nümayəndələrinin çıxışları dinlənilib.
"Pekin 2022" Qış Olimpiya Oyunları və "Lozanna 2020" Yeniyetmələrin Qış Olimpiya Oyunları haqqında məruzələr müzakirə edilib. Noyabrın 30-da assambleya iştirakçılarının "Tokio 2020” Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlığı nəzərdə tutulub.
Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.