Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib

1-12-2018, 12:35 Baxış: 104
Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinləyaxşı münasibətlərinin olduğunu və iki ölkə başçısı arasında görüşün reallaşacağına əminliyini bildirib.
TASS xəbər verir ki, o bu barədə cümə günü "Amerikanın səsi" radiosuna müsahibəsində danışıb. "Onunla [Putinlə] görüşəcəyəm. Düşünürəm ki, bizim çox yaxşı əlaqələrimiz var. Fikrimcə Rusiya, Çin və digər ölkələrlə çox yaxşı münasibətlərimiz olacaq", - deyə Tramp Rusiya lideri ilə görüş barədə suala cavab verərkən bildirib. "Düzünü desəm, Ukraynada gəmi və dənizçilərlə bağlı baş verən hadisələr fonunda görüşmək sadəcə uyğun deyil. Mən onunla (Putinlə) vaxtı gələndə görüşəcəyəm", - deyə Tramp qeyd edib. Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.