Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ermənistanda növbədənkənar parlament seçkilərində qanun pozuntuları qeydə alınıb

9-12-2018, 14:44 Baxış: 141
Ermənistanda növbədənkənar parlament seçkilərində qanun pozuntuları qeydə alınıb
Ermənistanda növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb.
Loriysk vilayətinin 22/26 seçki məntəqəsində Nikol Paşinyanın rəhbəri olduğu blokun bülletenləri gətirilməyib.
Buna görə də seçki məntəqəsində səsvermə dayandırılıb. Bildirilir ki, növbədənkənar parlament seçkilərində səsvermə zamanı pozuntuların olması barədə yeni xəbərdarlıq siqnalları gəlməyə başlayır.
Məlum olub ki, Razdanda, 26/14 seçki məntəqəsində müşahidə kameraları işləmir. 13/2 seçki məntəqəsində isə yaxasında bəcik olan naməlum şəxs səsvermə otağına yaşlı adamla daxil olub.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək.