Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Beynəlxalq Valyuta Fondu Ukraynaya 3,9 milyard dollar həcmində vəsait ayırıb

19-12-2018, 08:43 Baxış: 114
Beynəlxalq Valyuta Fondu Ukraynaya 3,9 milyard dollar həcmində vəsait ayırıbBeynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya 14 ay ərzində 3,9 milyard dollar vəsaitin ayrılması barədə qərar qəbul edib.
Bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib.
Onun sözlərinə görə, BVF-nun maliyyə yardımının birinci tranşı – 1,4 milyard dolları yaxın vaxtlarda köçürüləcək.
"Fondun bu qərarı Ukraynada uğurlu islahatların aparılmasının nəticəsidir və makroiqtisadiyyatın sabitliyinə xidmət edir”, - deyə Poroşenko əlavə edib.