Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Tramp: “Türkiyə doğru-dürüst qonşu, Ərdoğan isə dediklərinə əməl edən şəxsdir”

24-12-2018, 09:56 Baxış: 113
 Tramp: “Türkiyə doğru-dürüst qonşu, Ərdoğan isə dediklərinə əməl edən şəxsdir”
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada qalan İŞİD terrorçularının kökünü qazıyacağı məsələsində məni ətraflı məlumatlandırdı”.
 "Hürriyet” xəbər verir ki, bunu ABŞ Prezidenti Donlad Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra "Twitter” səhifəsində yazıb.
"Ərdoğan dediklərinə əməl edə biləcək şəxsdir. Türkiyə doğru-dürüst qonşudur. Bizim hərbi birliklər isə evə dönür”.
Qeyd edək ki, dekabrın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti arasında Suriya məsələsinə dair telefon danışığı olub.
Xatırladaq ki, Donald Tramp ABŞ hərbçiləri və hərbi texnikasının Suriyadan çıxmasına dair sənəd imzalayıb. Sənəd imzlandığı gündən ABŞ hərbi texnikasını TIR-larla İraq ərazisinə daşıyıb.